Modern.az

Polşa da rus qazından imtina edir

Polşa da rus qazından imtina edir

Aktual

10 Aprel 2022, 15:05

Polşa yaxın gələcəkdə Rusiyadan enerji resurslarının idxalına embarqo tətbiq edəcək.

 

Modern.az xəbər verir ki, bunu Polşanın xarici işlər nazirinin müavini Şimon Şinkovski Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində bildirib.

 

"Avropa İttifaqı tərəfindən belə bir qərar qəbul edilməsə belə, biz özümüz bir neçə ay ərzində bu qərarı verəcəyik ki, yaxşı nümunə göstərək və digər ölkələri də buna təşviq edək", - Şinkovski qeyd edib.

 

Eyni zamanda diplomat Polşanın belə bir addımının Rusiya iqtisadiyyatına ciddi təsir etməyəcəyini vurğulayıb.

 

"Biz əminik ki, yalnız Avropa dövlətlərinin birgə qərarının hər hansı mənası var", - Şinkovski əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı