19 il əvvəl bu gün ABŞ hərbçiləri Bağdadda yerləşən "İraq Muzeyi"nə tankla və ağır silahlarla girmişdilər.
Modern.az xəbər verir ki, bu barədə Qərb nəşrləri məlumat yayıb.
İşğal sırasında ABŞ hərbçiləri 5 min illik Şumer və Akkad mədəniyyətindən qalma tarixi əsərləri oğurlamışdı. Tarixi əsərlərin oğurlanmasından 6 gün sonra başda Fransanın ovaxtkı prezidenti Jak Şirak olmaqla beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiya ilə qarşılanmış və bəşəriyyətə qarşı cinayət törədildiyi ifadə edilmişdi.
Sərt tənqidlərdən sonra ABŞ hökuməti araşdırmalara başlamış və bəzi tarixi əsərləri geri qaytarmışdı. Lakin hələ də oğurlanan bir çox tarixi əsər tapılmayıb.