Modern.az

Avropalı deputatlar Gürcüstana gedir

Avropalı deputatlar Gürcüstana gedir

Aktual

10 Aprel 2022, 15:59

Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndə heyətinin 10 aprel tarixində Gürcüstana səfər edəcəyi gözlənilir.

 

Modern.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi saytında qeyd olunub.

 

Məlumata əsasən, Avropa Parlamentinin deputatları Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM Georgia) işini, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsinin ölkə üçün mümkün nəticələrini müzakirə edəcəklər.

 

Avropa Parlamenti bu səfərlə həmrəyliyini ifadə etmək və Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamaq istədiyini bildirib.

 

Qeyd edək ki, Avropa Parlamentinin deputatları Gürcüstan prezidenti, baş nazir, parlamentin sədri və müdafiə naziri ilə görüşəcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı