Modern.az

Tramp seçkilərdə türk cərrahı dəstəkləyəcək

Tramp seçkilərdə türk cərrahı dəstəkləyəcək

Aktual

10 Aprel 2022, 17:49

ABŞ-ın sabiq prezidenti Donald Tramp senat üzvlüyünə namizəd olan dünyaşöhrətli türkiyəli ürək cərrahı, professor Mehmet Özün namizədliyini dəstəkləyəcəyini açıqlayıb.

 

 Modern.az-ın "TRT"yə istinadla verdiyi xəbərə görə, Tramp bildirib ki, Pensilvaniya ştatının parlaq və tanınmış həkimi Mehmet Özü ABŞ senatına seçərək Amerikanı qorumaq üçün çox yaxşı fürsəti var:

 

"Onun ilkin seçkilərdən uğurla çıxacağına inanıram. Mehmet Özün ABŞ-a ağlasığmaz zərər vurmaq istəyən radikal solçu demokratlara qarşı parlament seçkilərində qalib gəlmək şansı yüksəkdir”.

 

Qeyd edək ki, Mehmet Öz 2021-ci ilin 30 noyabrında ABŞ-ın Pensilvaniya ştatından Respublikaçılar Partiyasının senata namizədliyi uğrunda mübarizə aparacağını söyləyib.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!