Modern.az

Fransa Rusiya neftindən imtina etməyə hazırlaşır

Fransa Rusiya neftindən imtina etməyə hazırlaşır

Aktual

10 Aprel 2022, 18:09

Fransa Rusiya neftinin qadağan edilməsi ilə bağlı qərar qəbul etməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bunu Fransanın maliyyə və iqtisadiyyat naziri Brüno Lö Mer CNN-ə müsahibəsində bildirib.

 

"Fransaya gəlincə, biz irəliyə getməyə və neft qadağası ilə bağlı qərar verməyə hazırıq. Mən əminəm ki, növbəti addımlar və sonrakı müzakirələr bu məsələ üzərində cəmləşəcək", - nazir deyib.

 

Lö Mer əlavə edib ki, Avropa Rusiyanın enerji resurslarına embarqo tətbiq etmək üçün birlik nümayiş etdirməlidir: "Rusiyaya qarşı artıq tətbiq edilmiş sanksiyalar Avropa İttifaqının yaradılmasından indiyədək ən ağır sanksiyalardır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı