Modern.az

“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

“Qarabağ” avrokuboklara vəsiqəni təmin etdi

Aktual

10 Aprel 2022, 20:33

"Qarabağ" Azərbaycan Premyer Liqasının XXII turunda "Sumqayıt"a qalib gəlməklə avrokuboklara vəsiqəni təmin edib.

 

Modern.az xəbər verir ki, səfər matçında 3:0 hesablı qələbə qazanan Ağdam klubu xallarını 52-yə çatdırıb.

 

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv sona 6 tur qalmış 4-cü pillədəki "Sabah"ı 20 xal qabaqlayır. Komanda bu nəticə ilə ardıcıl 10-cu mövsümdə avrokuboklarda iştirak hüququ qazanıb.

 

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda Premyer Liqada ilk 3 pillənin sahibi və ölkə kubokunun qalibi təmsil edir. Kubokun yarımfinalına hazırda turnir cədvəlinin ilk "dördlüy"ündə yer alan komandalar - "Qarabağ", "Neftçi", "Zirə" və "Qəbələ" vəsiqə qazanıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı