Modern.az

ABŞ Ukraynaya MiQ-29 verməkdən imtina etdi

ABŞ Ukraynaya MiQ-29 verməkdən imtina etdi

Aktual

11 Aprel 2022, 08:33

Amerika Birləşmiş Ştatları (ABÇ) hələ də sovet istehsalı olan qırıcıların Almaniya ərazisindən Ukraynaya ötürülməsi ideyasını dəstəkləmir.

 

Modern.az xəbər verir ki, bunu “NBC” televiziyasına müsahibəsində Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

 

Onun sözlərinə görə, Şərqi Avropada bir ölkə Kiyevə MiQ-29 və ya digər sovet istehsalı olan təyyarələr göndərmək arzusunu ifadə edərsə, bu, onların öz qərarı olacaq.

 

Sallivan qeyd edib ki, ABŞ tərəfi ümumiyyətlə Almaniyadan təyyarələr göndərəcəyini açıqlamayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı