Latviya sərhədçiləri Rusiya və Belarusa məxsus 152 yük maşınını ölkəyə buraxmayıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Latviya tərəfi bəyan edib ki, qərar Avropa İttifaqının yeni sanksiyalarının başlaması ilə əlaqədar həyata keçirilib.
Xatırladaq ki, bu həftə Avropa İttifaqı Rusiya və Belarusun avtomobil nəqliyyatı müəssisələrinə Aİ daxilində avtomobil nəqliyyatı ilə, o cümlədən tranzitlə malların daşınmasına qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketini təsdiqləyib.