Modern.az

Atasını baltalayan oğula HÖKM OXUNDU - 10 il

Atasını baltalayan oğula HÖKM OXUNDU - 10 il

Aktual

11 Aprel 2022, 11:12

Qubada atasını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Rəvan Ramazanova hökm oxunub.

 

Modern.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Ramazanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə 2021-ci iyunun 9-da Quba rayonu Sofikənd kəndində qeydə alınıb.

 

Belə ki, atası onun atını döydüyü üçün R.Ramazanovla yaşadıqları evin həyətində aralarında mübahisə yaranıb.

 

Oğul hadisə zamanı balta ilə atası Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək onu öldürüb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı