Modern.az

Goranboyda “Şəhid bulağı” xatirə kompleksi istifadəyə verildi

Goranboyda “Şəhid bulağı” xatirə kompleksi istifadəyə verildi

Aktual

11 Aprel 2022, 11:04

Goranboy rayonu Qızılhacılı qəsəbəsindən 2016-cı il Aprel döyüşlərinin şəhidi Bəxtiyar Hüseynovun xatirəsinin əbədiləşdirilməsi və ehtiram əlaməti olaraq, şəhidimizin adını daşıyan küçədə inşa edilmiş  “Şəhid bulağı” xatirə kompleksinin  istifadəyə verilməsi və büstünün açılışı ilə bağlı  tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhidimizin ailə üzvləri və digər şəhid ailələri, qazilər, bir qrup ictimai fəal, qəsəbə ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdlər.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı