Gürcüstan Rusiyaya qarşı hərbi əməliyyatların ikinci cəbhəsini açmayacaq.
Modern.az xəbər verir ki, bunu Baş nazir İrakli Qaribaşvili bildirib.
“Gürcüstanda ikinci cəbhə olmayacaq. Biz buna imkan verməyəcəyik”, - deyə siyasətçi vurğulayıb.
Qaribaşvili əlavə edib ki, hökumət ölkənin sakitliyini və sabitliyini qorumağa yönəlib və onun inkişafına da öz töhfəsini verəcək.
İlk dəfə olaraq Rusiyaya qarşı əlavə cəbhələrin açılması ilə bağlı fərziyyəni Ukrayna Təhlükəsizlik Şurasının rəhbəri Aleksey Danilov dilə gətirib. Belə cəbhələrin harada yaradıla biləcəyinə misal olaraq o, Kalininqrad vilayətini, Kuril adalarını və Gürcüstan ərazisini göstərib. Danilov hesab edir ki, hərbi yardım Ukrayna üçün faydalı olacaq.