İranda ötən sutka ərzində 34 nəfər koronavirusdan (COVID-19) dünyasını dəyişib.
Modern.az-ın məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib.
Qonşu ölkədə virusdan ölənlərin sayı 140 650 nəfərə yüksəlib. İranda son 24 saat ərzində 3125 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 719 4768 nəfərə çatıb.