Modern.az

Ruslar ukraynalı könüllülərin komandirini öldürdü

Ruslar ukraynalı könüllülərin komandirini öldürdü

Aktual

11 Aprel 2022, 14:22

Rusiya xüsusi təyinatlıları İzyum şəhərindən 5 kilometr cənubda kəşfiyyat və axtarış əməliyyatları zamanı Ukraynanın “Sağ sektor” adlı könüllülər korpusunun liderlərindən birini - Taras Bobaniçi zərərsizləşdirib.

Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə bildirib.


Məlumata görə, Taras Bobaniç 2014-cü ildən Donetsk və Luqanskda rusiyayönümlü qüvvələrə qarşı mübarizəyə qoşulmuşdu.
 

Rusiya tərəfi onu neonasist qrupunun lideri kimi təqdim edir. Bobaniç 2013-cü ilin noyabrında “Sağ Sektor” adlı könüllülərə qoşulmuşdu.

2019-cu ildən ehtiyatda olan birləşmələr üzrə hərəkat komandirinin müavini vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!