Modern.az

Ermənistanın müdafiə naziri müşavirə keçirdi

Ermənistanın müdafiə naziri müşavirə keçirdi

Aktual

11 Aprel 2022, 14:30

Ermənistanın müdafiə naziri Suren Papikyan aprelin 11-də Müdafiə Nazirliyinin, Silahlı Qüvvələrin və Baş Qərargahın komanda heyətinin nümayəndələrinin, eləcə də videobağlantı vasitəsilə korpus komandirlərinin iştirak etdiyi müşavirə keçirib.

Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə qış mövsümündə görülən işlər və qarşıda duran proqramlar barədə hesabatlar təqdim olunub.

İclasın yekununda müdafiə naziri Suren Papikyan qeydə alınan problemlərin qısa müddətdə aradan qaldırılması üçün məsul idarə rəislərinə tapşırıqlar verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı