Modern.az

Qələbə qazanmış xalqı təmsil etmək böyük məsuliyyətdir

Qələbə qazanmış xalqı təmsil etmək böyük məsuliyyətdir

Aktual

11 Aprel 2022, 13:06

Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir.

 

Martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə Avropa çempionatı keçirilmişdir. Bir həftə davam edən qitə birinciliyinə Azərbaycan ümumilikdə 23 güləşçi ilə qatılmışdır. Artıq Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatı başa çatmışdır. Azərbaycan bu yarışda ümumilikdə üç qızıl, altı gümüş və yeddi bürünc medal olmaqla 16 medal qazanmışdır. Qeyd edək ki, Azərbaycan sərbəst güləşdə baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında bir qızıl, dörd gümüş və iki bürünc medal qazanmaqla üçüncü dəfə, İki qızıl, bir gümüş və beş bürünc medal qazanan Aleksandr Tarakanovun baş məşqçisi olduğu yunan-Roma güləş millimiz isə ilk dəfə Avropa çempionu olmuşlar. Beləliklə həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.

 

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib, səmimi söhbət edərək yarışda qələbə qazanan idmançıları təbrik etmiş, gələcək yarışlarda yeni qələbələr arzulamışdır. Görüşdə Prezident İlham Əliyev demişdir: “Əminəm ki, böyüklər arasında keçirilmiş çempionatda bizim idmançılarımız da eyni fikirlə, eyni duyğu ilə yarışlara çıxırdılar və bu yüksək məsuliyyəti dərk edirdilər. Çünki doğrudan da, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı”.

 

Görüşdə Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Namiq Abdullayev, Sərbəst güləş üzrə üçqat dünya çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyev, Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya çempionu Eldəniz Əzizli, Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Tarakanov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə onları görüşə dəvət etdib yenidən görüşdüyünə, idmana və idmançılara göstərdiyi diqqət, qayğıya görə öz minnətdarlıqlarını bildirərək, belə diqqət və qayğı sayəsində səylə çalışacaqlarına hər zaman gözəl nəticələr əldə edəcəklərinə, qarşıdan gələn yarışlarda ölkəmizi uğurla təmsil etmək üçün əllərindən gələni edəcəklərini söz verdilər.

 

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qarşıdan gələn yarışlarda uğurlar və yeni qələbələr, yeni uğurlar arzulayıb.

 

Malik Mirzəyev

YAP Lerik Rayon Təşkilatının sədri,

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı