Modern.az

“İstefa verən ilk deputat mən olacam” - İmran Xan

“İstefa verən ilk deputat mən olacam” - İmran Xan

Aktual

11 Aprel 2022, 16:09

Pakistanın istefaya göndərilən Baş naziri İmran Xan bu gün parlamentdə oturmayacağını deyərək, Milli Assambleyadan istefa vermək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə “Geo News” məlumat verib.

 

Mənbələrin bildirdiyinə görə, parlament partiyasnın bəzi üzvləri İmran Xana istefa verməməyi tövsiyə edib və bildiriblər ki, onlar məclisdə müxalifətlə mübarizə aparmalı və meydanı boş qoymamalıdırlar.

 

“Biz heç bir halda bu məclisdə oturmayacağıq, əgər sizlərdən heç biriniz istefa verməsəniz, məclisdən istefa verən ilk deputat mən olacağam”, - deyə İmran Xan bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı