Modern.az

İmran Xanın tərəfdarları onun hakimiyyətə qayıtmasını TƏLƏB EDİR

İmran Xanın tərəfdarları onun hakimiyyətə qayıtmasını TƏLƏB EDİR

Aktual

11 Aprel 2022, 21:03

Pakistanın sabiq Baş naziri İmran Xanın tərəfdarları ötən gündən etiraz aksiyalarına başlayıb. Küçələrə çıxan on minlərlə insan İmran Xana dəstək nümayiş etdirib.

 

Paytaxt İslamabad daxil olmaqla, digər şəhərlərdə də kütləvi aksiyaların keçirildiyi bildirilib.

 

Qeyd edək ki, srağagün Pakistan parlamentində ölkənin Baş naziri İmran Xana etimadsızlıq səsverməsi keçirilib. Səsvermədən əvvəl parlamentdə 13 saatlıq müzakirələr aparılıb. Səsvermə zamanı İmran Xana etimadsızlıq göstərilib və o vəzifəsindən istefaya göndərilib. Parlamentin aşağı palatasının üzvlərinin əksəriyyətini təşkil edən etimadsızlıq səsverməsinə 174 deputat səs verib. 

 

İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub. Məlum hadisədən sonra Pakistanda siyasi gərginlik yaşanıb, yeni Baş nazirin kim olacağı barədə aktiv müzakirələr aparılıb. 

 

Bu gün ölkə parlamentdə keçirilən səsvermə nəticəsində yeni baş nazirin kimliyinə aydınlıq gətirilib. Hökumət rəhbəri postuna real namizəd olan Pakistan Müsəlman Liqasının lideri Şahbaz Şərif səs çoxluğu ilə Baş nazir vəzifəsinə layiq görülüb.

 

 

Pakistan, Azərbaycan, Türkiyə Gənclər Forumunun rəhbəri, siyasi ekspert Musavar Hamid Tanoli Modern.az-a açıqlamasında bildirib ki, İmran Xana dəstək mitinqləri heç bir nəticə verməyəcək. Buna baxmayaraq, sabiq hökumət rəhbərinin tərəfdarları onun yenidən iqtidara qayıtmasını tələb edirlər. 

 

“Kütləvi mitinqlər keçmiş Baş nazir İmran Xanın çağırışı ilə keçirildi. Onun tərəfdarları müxtəlif şəhərlərdə toplaşaraq rəğbət və dəstək göstərdilər. Əslində Pakistanda fraksiyalar var, hazırda İmran Xanı az adam dəstəkləyir. Əksəriyyət konstitusiyaya zidd hərəkətinə və konstitusiyanı pozduğuna görə İmran Xanı dəstəkləmir.

 

İndi onun tərəfdarları hakimiyyətə qayıtmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər. Pakistanın seçki komissiyası bildirib ki, hazırda yeni seçkilər mümkün deyil, növbəti seçkilərin keçirilməsi 7-8 ay çəkə bilər. Gələcəkdə nə olacağını bilmirik?”, - pakistanlı ekspert vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı