Modern.az

Pakistanın yeni Baş naziri məlum oldu

Pakistanın yeni Baş naziri məlum oldu

Aktual

11 Aprel 2022, 16:14

Pakistanın yeni Baş nazirinin kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, bu gün ölkə parlamentində keçirilən səsvermədə Şahbaz Şərif Baş nazir postuna layiq görülüb. O, üçdə iki səs çoxluğu ilə Pakistanın 23-cü Baş naziri seçilib.

 

Qeyd edək ki, ölkənin ana müxalifət lideri olan Şahbaz Şərif Pakistan Müsəlman Liqasının sədridir. O, daha əvvəl iki dəfə Baş nazir vəzifəsində çalışmış Nəvaz Şərifin qardaşıdır.

 

Nəvaz Şərif "Panama Papers" işi üzrə rüşvət və korrupsiyada ittiham edildiyi üçün vəzifəsindən azad edilmiş və 2017-ci ildə Ali Məhkəmə tərəfindən dövlət orqanlarında çalışması qadağan olunmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı