Modern.az

Yenə COVID-19-dan ölən olmayıb

Yenə COVID-19-dan ölən olmayıb

Aktual

11 Aprel 2022, 16:33

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 199 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 6 746 085 test icra olunub.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!