Modern.az

İran səfirliyindən Azərbaycanla bağlı videolara MÜNASİBƏT

İran səfirliyindən Azərbaycanla bağlı videolara MÜNASİBƏT

Aktual

11 Aprel 2022, 18:59

İran səfirliyi “Sepah_Pasdaran” teleqram kanalında Azərbaycanla bağlı yayılan videogörüntülərə münasibət bildirib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, səfirlikdən bununla bağlı araşdırma aparıldığı qeyd edilib.

 

Vurğulanıb ki, teleqram kanalının İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə heç bir əlaqəsi yoxdur: "Hər halda belə məlumatlar İran, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətləri korlayır”.

 

Xatırladaq ki, “Sepah_Pasdaran” teleqram kanalında mütəmadi olaraq, Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Erməni mənbələri də bu kanalı İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmi kanalı kimi təqdim edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı