Modern.az

Aİ Ermənistan və Azərbaycanın birbaşa təmaslarını DƏSTƏKLƏYİR

Aİ Ermənistan və Azərbaycanın birbaşa təmaslarını DƏSTƏKLƏYİR

Aktual

11 Aprel 2022, 20:06

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutmuş telefon danışığına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ rəsmisi “Twitter“ hesabında paylaşım edib.

 

“Ötən həftə Brüssel görüşündən sonra mühüm inkişaf. Avropa İttifaqı birbaşa təmasları və əlaqəni dəstəkləyir”, - Toivo Klaar qeyd edib.

 

Xatırladaq ki, bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq, gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı