Koronavirus pandemiyasının bitməsindən danışmaq üçün hələ tezdir.
Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, yoluxma hallarının sayı yüksək olaraq qalır, bir çox ölkədə koronavirusa qarşı peyvəndləmə göstəricisi çox aşağıdır.
ÜST rəhbəri qeyd edib ki, dünyada koronavirusdan ölüm hallarının sayında azalma tendensiyasına baxmayaraq, pandemiya hələ də bitmək üzrə deyil. Belə ki, pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması yoluxma hallarının artmasına imkan verir və yeni ştamların yaranma riskini artırır.