Modern.az

Şəmkirdə qatar iki qadını vurub

Şəmkirdə qatar iki qadını vurub

Aktual

12 Aprel 2022, 09:04

Şəmkirdə iki nəfəri qatar vurub.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Qəza nəticəsində Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova xəsarət alıb.

 

Qatarın fit səsini gec eşitdiyindən lokomotivin küləyi onları vuraraq kənara atıb. Müxtəlif bədən xəsarətləri alan hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı