Modern.az

Ermənistanda yeni nazir təyin edildi

Ermənistanda yeni nazir təyin edildi

Aktual

12 Aprel 2022, 09:38

Armen Pambuxçyan Ermənistanın fövqəladə hallar naziri təyin edilib. Müvafiq sərəncamı Ermənistan prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qanuna uyğun olaraq, Pambukçyanın nazir təyin edilməsi təklifini baş nazir Nikol Paşinyan göndərib. Yeni nazir hakim “Mülki müqavilə” partiyasının üzvüdür, partiyanın yaradılmasının başlanğıcında dayanıb.

 

Pambuxçyan bundan əvvəl Fövqəladə Hallar Nazirliyində müavin vəzifəsində çalışıb.


Keçmiş nazir Andranik Piloyan korrupsiya işi çərçivəsində martın 31-də həbs edildikdən sonra onun yeri boş qalmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!