Modern.az

Azərbaycanda şagird məktəbdə bıçaqlandı

Azərbaycanda şagird məktəbdə bıçaqlandı

Aktual

12 Aprel 2022, 10:02

Siyəzən rayonunda orta məktəbdə bıçaqlanma olub.

 

Modern.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə Siyəzən şəhər 1 saylı orta məktəbdə baş verib.

 

Həmin məktəbin 9-cu sinif şagirdi olan Aydın (şərti) 10-cu sinifdə oxuyan Tamerlanı (şərti) bıçaqlayıb. Ağır xəsarət alan məktəbli xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb. 

 

Hadisəni törədən 9-cu sinif şagirdi saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı