Modern.az

Putin Blaqoveşenskə getdi - Bu gün Lukaşenko ilə görüşəcək

Putin Blaqoveşenskə getdi - Bu gün Lukaşenko ilə görüşəcək

Aktual

12 Aprel 2022, 10:22

Rusiya Prezidenti Vladimir Putin bu gün Blaqoveşenskə gedib.

 

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, o, burada Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birlikdə “Vostoçnı” kosmodromunu ziyarət edəcək.


Vladimir Putin Aleksandr Lukaşenko ilə bir sıra məsələrlə bağlı danışıqlar aparacaq.

Gözlənilir ki, ikitərəfli görüşdən əvvəl dövlət başçıları vertolyotdan “Vostochnı” kosmodromunun və infrastruktur obyektlərinin tikintisinə baxacaq, daha sonra işçilərlə söhbət edib pilot-kosmonavtları mükafatlandıracaqlar.

Danışıqlar zamanı siyasətçilər ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edəcəklər və görüşün yekununda birgə mətbuat konfransı gözlənilir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı