Modern.az

Azərbaycan millisi Danimarkaya qarşı

Azərbaycan millisi Danimarkaya qarşı

Aktual

12 Aprel 2022, 10:40

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, komandamız Viborq şəhərindəki eyniadlı stadionda Bakı vaxtı ilə saat 20:00-da Danimarka millisi ilə qarşılaşacaq.

 

Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

 

Millimizin yer aldığı E qrupuna 21 xalla Danimarka millisi başçılıq edir. Rusiya 15 xalla ikinci, Monteneqro 9 xalla üçüncü, Bosniya və Herseqovina 7 xalla dördüncü, Malta isə 4 xalla beşinci pillədə yer alıblar. Azərbaycan seçməsi 3 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı