Ukraynada aprelin 12-də əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb.
Modern.az-ın xəbərinə görə, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Facebook” hesabında məlumat paylaşıb.
O, humanitar dəhlizlərdən 5-nin döyüşlərin daha çox getdiyi Luqansk regionu üçün nəzərdə tutulduğunu bildirib.
Ötən gün Ukraynanın şəhərlərindən humanitar dəhlizlər vasitəsilə ümumilikdə 4354 nəfərin təxliyə edildiyi deyilir. Mühasirədə saxlanılan Mariupolu isə 550 mülki şəxs tərk edə bilib.