Modern.az

Uşaqlarda ən çox rast gəlinən ürək xəstəlikləri

Uşaqlarda ən çox rast gəlinən ürək xəstəlikləri

Aktual

12 Aprel 2022, 11:34

Uşaqlarda daha çox rast gəlinən ürək xəstəlikləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev məlumat evrib.

 

Həkim qeyd edib ki, uşaqlarda daha çox anadangəlmə ürək qüsurları; ürəyin revmatik xəstəlikləri, aritmiya müşahidə edilir:

 

“Uşaqlarda ürək xəstəliklərindən ən çox rast gəlinəni anadangəlmə anomaliyadır. Bunlara ürək boşluqları arasında arakəsmələrdə və ya ürəkdən çıxan böyük damarlarda olan qüsurlar; mədəciklərarası çəpər qüsuru; qulaqcıqlararası çəpər qüsuru; botal axacağın açıq qalması; ürək qapaq xəstəlikləri; hipoplastik sol mədəcik sindromu; Fallo tetradası və s. aiddir.


Bütün yaş dövrlərində, həmçinin ürəyində heç bir dəyişiklik olmayan uşaqlarda da aritmiya təsaduf olunur. Ürək döyüntüləri sürətlənir və şəxs ürək çırpıntılarını aydın hiss edir. Həyacanlanma, yaxud hər hansı fiziki aktivlik zamanı aritmiya xeyli artır”.


O deyib ki, ürəyin revmatik xəstəlikləri müalicə olunmamış təqdirdə streptokok mənşəli yoluxucu infeksiyalar müşahidə oluna bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı