Modern.az

Bu qida məhsullarının istehsalına qadağa qoyulur

Bu qida məhsullarının istehsalına qadağa qoyulur

Aktual

12 Aprel 2022, 12:03

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. 

 

Modern.az xəbər verir ki, müzakirələrə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov da qatılıb. 

 

Layihənin müzakirəsi zamanı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ictimaiyyəti narahat edən məsələlər haqqında məlumat verib.

 

Komitə sədri qanunun geni modifikasiya olunmuş qida məhsullarının istehsalına qadağa qoyduğunu bildirib: "Qanunun müvafiq maddələrində bu haqda qadağalar öz əksini tapıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?