Modern.az

Ukraynadakı müharibə ticarət artımını iki dəfə azaldacaq

Ukraynadakı müharibə ticarət artımını iki dəfə azaldacaq

Aktual

12 Aprel 2022, 12:28

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü dünya ticarətinin artımını iki dəfə azaldacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Ukraynadakı müharibənin təsirləri barədə təhlilində deyilir. 

 

“Ukraynadakı müharibə nəinki böyük ölçüdə humanitar böhrana səbəb oldu, həm də qlobal iqtisadiyyata ciddi zərbə vurur”, - ÜTT-dən bildirilib.

 

Qeyd edilib ki, ticarət və istehsalın azalması, ərzaq, enerji qiymətlərinin bahalaşması, Ukrayna və Rusiyanın ixrac etdiyi malların ixrac problemi dünya əhalisi tərəfindən hiss olunacaq.

 

“Rusiya və Ukraynanın ümumi dünya ticarətində və istehsalında payı nisbətən kiçik olsa da, onlar əsas məhsulların, xüsusilə ərzaq və enerjinin mühüm tədarükçüləridir. Hər iki ölkə buğdanın təxminən 25%-ni, arpanın 15%-ni və günəbaxan ixracının 45%-ni təmin edirdi. 2019-cu ildə qlobal yanacaq ticarətinin 9,4%-i, o cümlədən, təbii qaz ixracının 20%-i yalnız Rusiyanın payına düşüb”,- məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı