Rusiyada koronavirus xəstəliyinin yeni dalğası may-iyun aylarında başlaya bilər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya səhiyyə naziri Mixail Muraşko açıqlama verib.
Onun sözlərinə görə, yeni dalğanın gücü əhalinin profilaktika tədbirlərinə riayət etməsindən və vaxtlı-vaxtında peyvənd vurdurmasından asılı olacaq. Nazir qeyd edib ki, Avropanın bəzi ölkələrində, Çində xəstələrin sayının artması müşahidə olunur və Rusiyada da yeni dalğaya hazırlıq gedir.
M.Muraşko, həmçinin koronavirusdan sağalmış xəstələrin, xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərin 3 ay ərzində həkim nəzarəti altında olmasının vacibliyini vurğulayıb.