Modern.az

Rusiyanın 432 ton pomidoru geri qaytarmasına rəsmi reaksiya

Rusiyanın 432 ton pomidoru geri qaytarmasına rəsmi reaksiya

Aktual

12 Aprel 2022, 13:20

"Rusiyanın müvafiq qurumu tərəfindən Azərbaycandan göndərilən pomidorlara qadağa yoxdur".

 

Modern.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri  Qoşqar Təhməzli deyib. AQTA sədri bildirib ki, məsələ müvəqqəti məhdudlaşma və təcili bildiriş vərəqələri ilə əlaqədardır:

 

"Təcili bildiriş vərəqələri prosedur qaydasıdır. Mətbuatda bu, gündəmə gətirilir. İqtisadi əməkdaşlıq edən dövlətlər bir-birini məlumatlandırır ki, hər hansı məhsulun tərkibində zərərli bakteriyalar aşkarlanıb. Hazırda Rusiyaya ixracla bağlı hər hansı məhdudiyyət yoxdur".

 

Qeyd edək ki, Azərbaycandan göndərilən 432,5 ton həcmində təzə pomidor Rusiyaya buraxılmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı