Modern.az

Tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

Tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

Aktual

12 Aprel 2022, 14:36

Aprelin 13-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start veriləcək.

 

Federasiyanın Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, “Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunacaq ölkə birinciliyi şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçiriləcək.

 

4 gün davam edəcək yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir.

 

Fərqlənən idmançılara federasiyanın mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər həmçinin, milli komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəni təmsil etmək imkanı qazanacaqlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı