Modern.az

Ceyhun Bayramov Klaarla danışıqlar apardı

Ceyhun Bayramov Klaarla danışıqlar apardı

Aktual

12 Aprel 2022, 15:16

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı baş tutub.

 

Bu barədə Modern.az-a XİN-dən məlumat verilib. 

 

Tərəflər Avropa İttifaqı Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan görüşün davamı olaraq, bölgədə baş verən son hadisələr, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması, o cümlədən gələcək sülh sazişinin hazırlanması üzrə iş, Birgə Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı