Modern.az

UNEC-də təkrar ali təhsil üzrə sənəd qəbuluna başlanılıb

UNEC-də təkrar ali təhsil üzrə sənəd qəbuluna başlanılıb

Aktual

12 Aprel 2022, 16:23

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022/2023-ci tədris ili üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbuluna başlanılıb.

 

UNEC-dən Modern.az-a bildirilib ki, iqtisadiyyat, texniki və texnoloji ixtisaslar üzrə bakalavr pilləsində ümumilikdə 22 ixtisasa təkrar ali təhsil üzrə ödənişli əsaslarla tələbə qəbulu aparılır. Universitetin Zaqatala filialında isə qəbul 8 ixtisas üzrə həyata keçirilir.

 

Qəbul olmaq istəyənlər tələb olunan sənədləri yalnız elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.

 

Sənədlərin qəbulu iyulun 1-dək davam edəcək.

 

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!