Modern.az

XİN-lər arasında siyasi məsləhətləşmələr aparıldı

XİN-lər arasında siyasi məsləhətləşmələr aparıldı

Aktual

12 Aprel 2022, 17:47

Azərbaycan və Qırğız Respublikası Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Məsləhətləşmələrdə Azərbaycan tərəfindən nümayəndə heyətinə nazir müavini Xələf Xələfov, Qırğızıstan tərəfindən isə nümayəndə heyətinə nazir müavini Aybek Moldoqaziyev rəhbərlik edib.

 

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin gündəliyində duran aktual mövzuları, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

 

Bundan əlavə, tərəflər regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı