Modern.az

Polis Qaxda reyd keçirdi

Polis Qaxda reyd keçirdi

Aktual

12 Aprel 2022, 21:33

Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin maarifləndirilməsi məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində növbəti reyd təşkil olunub.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib. Təhlükəsizlik kəmərindən istifadənin önəmi onların diqqətinə çatdırılıb və barələrində protokol tərtib edilərək cərimələniblər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!