Modern.az

AFFA prezidenti Qurban Qurbanovu təbrik etdi

AFFA prezidenti Qurban Qurbanovu təbrik etdi

Aktual

13 Aprel 2022, 10:57

AFFA rəhbərliyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu təbrik edib.

 

Modern.az AFFA-nın saytına istinadən məlumatına görə, qurumun prezidenti Rövnəq Abdullayev bu gün – aprelin 13-də 50 yaşını qeyd edən mütəxəssislə görüşüb.

 

AFFA rəhbəri Qurbanovu əlamətdar yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzulayıb.

 

Baş məşqçi göstərilən diqqətə görə minnətdarlığını bildirib.

 

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev də iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı