Modern.az

Azərbaycan sərhədçiləri xəbərdarlıq atəşi açdı

Azərbaycan sərhədçiləri xəbərdarlıq atəşi açdı

Aktual

13 Aprel 2022, 11:04

Azərbaycan sərhədçiləri qaçaqmalçılara xəbərdarlıq atəşi açıb.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, aprel ayının 11-də saat 22:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

 

Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozu­cu­ları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.

 

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram “heroin”, 8 kiloqram 480 qram “marixuana”, 0.60 qram “metamfetamin”) bənzər maddələrvəpsixotrop tərkibli 3189 ədəd “metadon-40” dərman prepa­ratı aşkarlanaraq götürülüb.

 

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Azərbaycan sərhədçiləri xəbərdarlıq atəşi açdı Azərbaycan sərhədçiləri xəbərdarlıq atəşi açdı Azərbaycan sərhədçiləri xəbərdarlıq atəşi açdı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı