Milli Məclisin sabiq deputatı, həbsxanada vəfat edən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a məlumatı təsdiqləyiblər.
E.Cəbrayılov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb. Hazırda iş üzrə araşdırma aparılır.
Qeyd edək ki, Rafael Cəbrayılov dələduzluq əməllərinə görə 2020-ci ildə həbs olunmuşdu. Həbsdə koronavirusa yoluxan sabiq deputat ötən il xəstəxanada dünyasını dəyişmişdi.