Modern.az

Ukraynanın verdiyi itkilər açıqlandı

Ukraynanın verdiyi itkilər açıqlandı

Aktual

13 Aprel 2022, 11:48

Rusiya qoşunlarının raket qüvvələri və artilleriyası Ukraynanın indiyə qədər 693 hədəfini sıradan çıxarıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

 

“Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası son sutkada Ukraynanın 46 hərbi obyektini vurub. Eyni zamanda, texnikanın cəmləşdiyi ərazini, 11 komanda məntəqəsini, 5 maddi-texniki təchizat anbarını məhv edib”, - deyə Rusiya rəsmisi vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...