Modern.az

Mayın 1-dən bu xidmətdən istifadə dayandırılır - XƏBƏRDARLIQ

Mayın 1-dən bu xidmətdən istifadə dayandırılır - XƏBƏRDARLIQ

Aktual

13 Aprel 2022, 12:48

1 may 2022-ci il tarixindən etibarən "ASAN Login" sistemində "Mobil nömrə ilə qeydiyyat" imkanı dayandırılacaq.



Modern.az xəbər verir ki, bu barədə portalda məlumat yerləşdirilib. Bildirilib ki, sistemdə qeydiyyat yalnız "Videoqeydiyyat" vasitəsi ilə aparılacaq.

 

Buna qədər "ASAN Login" sistemində "Mobil nömrə ilə" və ya "Video qeydiyyat" vasitəsi ilə qeydiyyatdan keçmək mümkün idi.

 

Qeyd edək ki, "ASAN Login" sistemi dövlət və özəl qurumlar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə etmək üçün yaradılmış vahid giriş sistemidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı