Modern.az

Mariupolda mindən çox ukraynalı hərbçi təslim olub

Mariupolda mindən çox ukraynalı hərbçi təslim olub

Aktual

13 Aprel 2022, 13:20

Mariupolda 162 zabit və 47 qadın hərbçi daxil olmaqla 1000-dən çox Ukrayna əsgəri könüllü olaraq təslim olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. Onun sözlərinə görə, 36-cı Dəniz Briqadasının 1026 ukraynalı hərbçisi könüllü olaraq silahlarını yerə qoyaraq təslim olub.

 

General bildirib ki, 36-cı dəniz piyada briqadasının 151 yaralı ukraynalı hərbçisinə yerindəcə ilkin tibbi yardım göstərilib, bundan sonra onların hamısı müalicə üçün Mariupol şəhər xəstəxanasına aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!