Modern.az

Almaniya Ukraynaya ağır silahlar verəcək

Almaniya Ukraynaya ağır silahlar verəcək

Aktual

13 Aprel 2022, 13:58

Almaniyada hakim koalisiyası (Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası) Ukraynaya ağır silahların tədarükü ilə bağlı razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə hakim partiyadan olan deputat Markus Faber tviter səhifəsində yazıb.
 

"Almaniya indi tez bir zamanda Ukraynaya ağır silahlar çatdıracaq. Mən şadam ki, biz koalisiya tərəfdaşlarımızı buna inandıra bildik", - o yazıb.


Qeyd edək ki, daha əvvəl Almaniyanın Ukraynaya 50-dək tank və 60-a yaxın piyada döyüş maşını göndərməyə hazır olduğu bildirilmişdi. Xarici işlər naziri Annalena Berbok isə söyləmişdi ki, Kiyev ən qısa vaxtda ağır silahlarla təmin olunmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı