Modern.az

Britaniya Vahid Ələkbərova sanksiya TƏTBİQ ETDİ

Britaniya Vahid Ələkbərova sanksiya TƏTBİQ ETDİ

Aktual

13 Aprel 2022, 14:56

Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısına 206 yeni maddə əlavə edib.

 

Modern.az xəbər verir ki, sanksiya siyahısına Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov da daxil olunub.

 

Qeyd edək ki, Britaniya Ukraynada davam edən müharibə ilə bağlı Rusiyada 200-dən çox şəxsə sanksiya tətbiq edib.

 

Xatırladaq ki, Ukraynadakı müharibə səbəbindən Rusiya milyarderləri arasında ən çox itki verən "Lukoyl"un rəhbəri, əslən azərbaycanlı olan Vahid Ələkbərovdur. O, bu il 14 milyard dollar, yəni sərvətinin 60 faizini itirib. “Bloomberg”in qiymətləndirməsinə əsasən, hazırda Vahid Ələkbərovun sərvəti 8,8 milyard dollardır.

 

O müharibənin dayandırılması üçün dəfələrlə Rusiya rəhbərliyinə müraciət edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı