Modern.az

“Medvedçuk Putinin adamıdır” iddiasına Kremldən CAVAB

“Medvedçuk Putinin adamıdır” iddiasına Kremldən CAVAB

Aktual

13 Aprel 2022, 17:48

Ukrayna "Müxalifət Platforması - Həyat naminə" partiyasının rəhbəri Viktor Medvedçukun Rusiya ilə pərdəarxası münasibətləri olmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Medvedçukun Ukrayna ilə Rusiya arasında normal, qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarı olan fikirləri yaxşı məlumdur. Bu mövqe həmişə açıq olub, Medvedçukun Rusiya ilə heç vaxt pərdəarxası münasibətləri olmayıb. Ukraynanın xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl Medvedçuk ərazini tərk edəcəkdi”, - deyə Peskov Ukraynada həbs olunan siyasətçi Viktor Medvedçukun Rusiyanın adamı olması barədə fikirlərə aydınlıq gətirib.

 

Qeyd edək ki, ötən gün Ukraynanın rusyönümlü “Həyat uğrunda Müxalifət Platformu” partiyasının rəhbəri, deputat Viktor Medvedçuk saxlanılıb. O, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ələ keçirilib. Ukrayna Prezidenti Volodimir Zelenski Medvedçukun əli qandallı fotosunu paylaşaraq, onun ukraynalı hərbi əsirlərlə dəyişdirilməsini təklif edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı