Modern.az

Bakıda sahibkarı döyən şair: “Səbrimin bəhrəsini gördüm”

Bakıda sahibkarı döyən şair: “Səbrimin bəhrəsini gördüm”

Aktual

13 Aprel 2022, 22:25

Bakıda sahibkar Fəhmin Əlizadəni döyən nəğməkar-şair Cəlal Qurbanov məlum hadisədən sonra ilk dəfə açıqlama verib. 

Modern.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında yazıb.

Həmin paylaşımı təqdim edirik:

“Bəzən insan ağlına belə gətirmədiyi, gözləmədiyi vəziyyətlərlə rastlaşır. Son günlərdə bunun bir daha şahidi oldum. Şükür, çox keçmədi ki, səbrimin, imanımın bəhrəsini də gördüm. Həmd olsun! Mənə görə narahat olan, mənə dəstək olan, mənim üçün öz dualarını əsirgəməyən, hətta bu vəziyyəti öz xeyrinə istifadə edənlərə belə təşəkkür edirəm. Sayənizdə bir təcrübə daha qazandım. Unutmayaq ki, uca Allah ədalətlidir! Allah etdiyimiz ibadətləri, tutduğunuz orucları qəbul eləsin”.

Qeyd edək ki, Cəlal Qurbanov Bakıda obyekt sahibini döyüb. Hadisə aprelin 6-sı saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində baş verib.

Belə ki, C.Qurbanov və onun bir neçə tanışı obyektin sahibi Fəhmin Əlizadənin üzərinə hücum edərək onu döyüblər. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə müraciət edilib.

F.Əlizadə bu gün mediaya açıqlamasında bildirib ki, C.Qurbanovla aralarında barışıq əldə olunub.

Həmçinin oxuyun:

Bakıda Federasiya prezidenti obyekt sahibini döydü - VİDEO

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı