Modern.az

“Biz danışdıqca insanlar aclıqdan ölür” – ÜST rəhbəri

“Biz danışdıqca insanlar aclıqdan ölür” – ÜST rəhbəri

Aktual

14 Aprel 2022, 08:50

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus beynəlxalq ictimaiyyəti diqqəti Ukraynadakı müharibəyə yönəltdiyinə görə tənqid edib.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ÜST rəhbəri bildirib ki, başqa yerlərdə, o cümlədən Efiopiyada siyasi və humanitar böhran eyni dərəcədə diqqət çəkmir.

 

"Biz danışdıqca insanlar aclıqdan ölürlər. Dünya insan övladına eyni münasibət göstərmir. Efiopiya, Yəmən, Əfqanıstan və Suriyada böhranlar davam edir, lakin bu böhranlar dünya ictimaiyyətinin Ukraynadakı müharibə ilə bağlı narahatlığının yalnız kiçik bir hissəsidir”, - Qebreyesus qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı