Qara dənizdəki “Moskva” raket kreyserində yanğın baş verib, nəticədə döyüş sursatları partlayıb.
Modern.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
"Yanğın nəticəsində "Moskva" raket kreyserində döyüş sursatı partlayıb. Gəmiyə ciddi ziyan dəyib", - məlumatda deyilir.
Gəminin heyətinin tamamilə təxliyə edildiyi qeyd edilir. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.
“Moskva” raket kreyseri Rusiyanın Qara dəniz donanmasının flaqman gəmisidir.
Daha əvvəl Ukraynanın Odessa vilayəti hərbi administrasiyasının rəhbəri Maksim Marçenko "Moskva" kreyserinin vurulduğuni bildirmişdi. O, gəmiyə Ukrayna hərbi-sənaye kompleksinin istehsalı olan "Neptun" raketləri ilə 2 zərbə endirildiyini iddia etmişdi.
"Moskva" kreyseri 1982-ci ildə Nikolayev gəmiqayırma zavodunda "Slava" adı ilə tikilib. 1990-cı illərdə “Moskva” sualtı qayıq əleyhinə kreyseri istismardan çıxarıldıqdan sonra onun adını miras alıb və Qara Dəniz Donanmasının flaqmanı olub. 2018-2020-ci illərdə Moskvada gəmidə genişmiqyaslı təmir və modernləşdirmə işləri aparılıb.